...

İranın sabiq dövlət başçısı ali lider razılıq verərsə, prezident seçkilərində iştirak edəcək

Dünya xəbərləri Materials 6 May 2013 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbirlər F.Kərimov, E.Tariverdiyeva/

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani bildirib ki, ali lider ayətullah Əli Xamneyinin razılığı olduğu təqdirdə qarşıdakı prezident seçkilərində iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Mehr" agentliyi xəbər yayıb.

İranda prezidentliyə namizədlərin rəsmi qeydiyyatı çərşənbə axşamı başlanacaq. Bu barədə "IRINN" telekanalı xəbər yayıb.

Qeydiyyat mayın 11-nə kimi davam edəcək.

12-16 may tarixlərində Konstitusiya Nəzarət Şurası hər bir namizədin səlahiyyətinə baxacaq.

Əgər şura hər hansı bir səbəbdən namizədin prezident seçkilərində iştirak hüququna malik olmadığı barədə qərar versə, onda müəyyən olunan vaxta qədər namizəd bu qərara etiraz edə bilər.

Mayın 23-24-də İran DİN seçkilərdə iştirak edən namizədlərin adlarını açıqlayacaq. Mayın 24-də seçkiqabağı kampaniya başlanacaq və iyunun 12-də başa çatacaq.

İranda 11-ci prezident seçkiləri iyunun 14-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti