...

"Sepah"ın sabiq komandanı prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib

Dünya xəbərləri Materials 10 May 2013 17:29 (UTC +04:00)
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) sabiq komandanı Möhsün Rzayi ölkə prezidentliyinə namizəd kimi qeydiyyatdan keçib. Bu barədə Trend cümə günü "Mehr" agentliyinə istinadən məlumat verir.
"Sepah"ın sabiq komandanı prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir T.Cəfərov/

İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) sabiq komandanı Möhsün Rzayi ölkə prezidentliyinə namizəd kimi qeydiyyatdan keçib. Bu barədə Trend cümə günü "Mehr" agentliyinə istinadən məlumat verir.

Möhsün Rzayi Mirqaid "Sepah"ın ilk təsisçilərindən və komandiri olub. O, İslam İnqilabından sonra 15 ildən çox bu quruma rəhbərlik edib. Hazırda İran Məsləhət Şurasının katibidir. Rzayi 1997-ci ildən sonra siyasi fəaliyyətə başlayıb. O, 1999-cu ildə parlament seçkilərində namizədliyini Tehrandan irəli sürsə də, səs toplaya bilməyib. Rzayi, həmçinin 2005-ci il prezident seçkilərində namizədliyini irəli sürüb, lakin seçkilərin keçirilməsinə iki gün qalmış namizədlikdən imtina edib. O, 2009-cu ildə keçirilən prezident seçkilərində də namizdəliyini irəli sürüb və seçkilərdə az səs toplayıb. Seçkinin nəticələrinə əvvəl etiraz etsə də, sonradan etirazını geri götürüb.

Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə namizədlərin prezident seçkilərində rəsmi qeydiyyatdan keçməsinə başlanılıb. Qeydiyyat prosesi mayın 11-dək davam edəcək.

İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.

Ölkədə prezident 4 il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti