...

İran Prezidentinin mətbuat üzrə müşaviri prezidentliyə namizədliyini irəli sürüb

Dünya xəbərləri Materials 11 May 2013 12:53 (UTC +04:00)
İran Prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfekr prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.
İran Prezidentinin mətbuat üzrə müşaviri prezidentliyə namizədliyini irəli sürüb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Cəfərov/

İran Prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfekr prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı "Iribnews" məlumat verir.

Əli Əkbər Cavanfekr İran Prezidentinin mətbuat üzrə müşaviridir. IRNA dövlət informasiya agentliyinin sabiq direktoru Cavanfekr 2012-ci ilin sentyabr ayında İslam normaları və insan dəyərlərinə zidd, habelə İranın ali lideri ayətullah Əli Xamneyini təhqir edən materialları dərc etdiyinə görə həbs edilmişdi. Ona bir il şərti cəza verilmişdi. O, həmçinin 5 il müddətinə bəzi ictimai işlərdə iştirakdan məhrum edilmişdi. Sonra isə ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinmədi və bəraət aldı.

Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsinə başlanılıb. Qeydiyyat prosesi bu gün yekunlaşır.

İndiyədək prezident seçkilərində iştirak etmək üçün 366 namizəd qeydiyyatdan keçib. Onlardan 12-si qadındır.

İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək. Ölkədə prezident 4 il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti