...

Tehran meri: Haşimi Rəfsəncaninin seçkilərində iştirakı demokratiyaya təhlükədir

Dünya xəbərləri Materials 15 May 2013 12:38 (UTC +04:00)
Ölkə prezidentliyinə namizəd Məhəmməd Bağır Qalibaf İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncaninin prezident seçkilərində iştirakının demokratiyaya təhlükə olduğunu hesab edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Tasnim" agentliyi xəbər yayıb.
Tehran meri: Haşimi Rəfsəncaninin seçkilərində iştirakı demokratiyaya təhlükədir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Tariverdiyeva/

Ölkə prezidentliyinə namizəd Məhəmməd Bağır Qalibaf İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncaninin prezident seçkilərində iştirakının demokratiyaya təhlükə olduğunu hesab edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Tasnim" agentliyi xəbər yayıb.

Qalibaf bildirib ki, Haşiminin hakimiyyətə qayıdışı İran millətinin zülmə düçar edən ən böyük addım olacaq.

O, prezident seçkilərində iştirak etmək üçün Haşiminin qeydiyyatından keçməsinə etiraz edərək bildirib ki, "bu, ölkədə dördillik müddət ərzində ikiqütblü siyasi gərginlik doğuracaq".

Hazırda Tehranın meri olan Qalibaf bildirib ki, Haşiminin prezidentliyi xalqı məhrumiyyətlərə düçar edəcək.

Bir müddət əvvəl Rəfsəncani bəyan edib ki, ali lider ayətullah Əli Xamneyinin razılığı olduğu təqdirdə qarşıdakı prezident seçkilərində iştirak edəcək.

Ölkədə prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsi mayın 7-də başlanılıb və may ayının 11-də bitib. Ümumilikdə, 350 nəfərdən artıq insan prezident seçkilərində iştirak məqsədilə öz namizədliyini irəli sürüb. Onlardan yalnız 36-sı siyasətçi və ya ölkədə ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərən məşhur xadimlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti