...

Müxalifət lideri Xatəmi hamını Haşimi Rəfsəncanini dəstəkləməyə çağırıb

Dünya xəbərləri Materials 16 May 2013 09:56 (UTC +04:00)
İranın sabiq prezidenti və müxalif islahatçılar düşərgəsinin lideri olan Məhəmməd Xatəmi qarşıdan gələn prezident seçkilərində hamını prezidentliyə namizəd Əli Əkbər Haşimi Rəfsəncaninin yanında olmağa və ona səs verməyə çağırıb. Trend-in məlumatına ögrə, bu barədə Xatəminin rəsmi saytı olan khatami.ir saytı məlumat verir.
Müxalifət lideri Xatəmi hamını Haşimi Rəfsəncanini dəstəkləməyə çağırıb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir T.Cəfərov /

İranın sabiq prezidenti və müxalif islahatçılar düşərgəsinin lideri olan Məhəmməd Xatəmi qarşıdan gələn prezident seçkilərində hamını prezidentliyə namizəd Əli Əkbər Haşimi Rəfsəncaninin yanında olmağa və ona səs verməyə çağırıb. Trend-in məlumatına ögrə, bu barədə Xatəminin rəsmi saytı olan khatami.ir saytı məlumat verir.

Xatəmi "İslahatçıların Milli Gənclər Qərargahı"nın üzvləri ilə görüşündə deyib ki, Haşimi Rəfsəncani seçkilərdə iştirak edə biləcək ən uyğun şəxsdir, onun yeni proqramları və baxışları ölkədə problemlərin həllində əhəmiyyətli və təsiredici rol oynaya bilər.

Rəfsəncani 1989-cu ildən 1997-ci ilə qədər İranın prezidenti olub. 2005-ci ildə isə o, üçüncü müddətə namizədliyini verib, lakin seçkilər zamanı öz rəqibi Mahmud Əhmədinejada uduzub. Hazırda o, İranın Məsləhər (Məqsədəuyğunluq) Şurasının sədridir.

Xatəmi deyib ki, Haşimi Rəfsəncani öz namizədliyini irəli sürməklə cəsarətli addım atıb və hər kəs bu yolda ona dəstək olmalıdır.

Ölkədə prezident seçkilərində iştirak etmək istəyən namizədlərin rəsmi qeydiyyatdan keçirilməsi mayın 7-də başlanılıb və mayın 11-də bitib. Ümumilikdə, 680 nəfərdən artıq insan prezident seçkilərində iştirak məqsədi ilə öz namizədliyini irəli sürüb. Onlardan yalnız 36-sı siyasətçi və ya ölkədə ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərən məşhur xadimlərdir.

İranda 11-ci prezident seçkiləri 2013-cü ilin iyunun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti