Azərbaycan, Bakı, 18 may /Trend/
Ermənistan əhalisi arasında keçirilmiş sorğuda respondentlərin yalnız 30 faizi fevralın 18-də keçirilmiş prezident seçkilərini müsbət qiymətlindirib. Trend-in şənbə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə "Gallup International Association"un Ermənistan ofisinin direktoru Aram Navasardyan keçirilmiş sosial sorğunun nəticələrini açıqlayarkən bildirib.
Aprelin 12-20-də keçirilən sorğuda 1067 respondent iştirak edib. Sorğuda iştirak edənlərin 62 faizi seçkilərə mənfi qiymət verib. Respondentlərin 7 faizi isə cavab verməkdə çətinlik çəkib.
Navasardyan qeyd edib ki, respondentlərin 47 faizinin fikrincə, Serj Sarqsyanın yenidən prezident seçilməsi ölkədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyəcək, 22 faizi isə bunun əksini düşünür. Sorğu iştirakçılarının 22 faizi Sarqsyandan mənfi dəyişikliklər gözləyir.