...

Prezidentliyə namizəd: İran nüvə proqramı üzrə ABŞ-a və vasitəçilərə güzəştə getməyəcək

Dünya xəbərləri Materials 24 May 2013 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbirlər E. Tariverdiyeva, D. Xatınoğlu/

İran nüvə proqramı üzrə ABŞ və Qərb vasitəçilərinə güzəştə getməyəcək, çünki bu, Tehran üçün qəbuledilməzdir. Trend-in cümə günü "Fars News"a istinadən verdiyi məlumata görə, bunu İranda prezidentliyə namizəd Möhsin Rezayi deyib.

Rezayinin sözlərinə görə, İran nüvə problemi üzrə "altılıq ölkələri" ilə "P5+1" formatında danışıqları davam etdirəcək, lakin heç vaxt güzəştə getməyəcək.

Rezayi Əhmədinejad hökumətini ölkəni düzgün idarə etməməkdə və təsərrüfatsızlıqda günahlandırıb. Onun fikrincə, dövlətin əksər iqtisadi problemlərinin səbəbi bu amillərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti