Azərbaycan, Bakı, 9 avqust / Trend müxbir A.Tağıyeva/
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu oğurlanan türkiyəli pilotların məsələsi ilə bağlı Livanın baş naziri Tammam Salam və Livan parlamentinin sədri Nabih Berri ilə telefon danışığı edib.
Trend-in məlumatına görə, bu barədə "TRT Haber" xəbər verir.
Xəbər verildiyi kimi, Livanın paytaxtı Beyrutda "Türk Hava Yolları" aviaşirkətinin iki pilotu oğurlanıb.