...

İran Prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri gözlənilir

Dünya xəbərləri Materials 2 Sentyabr 2013 10:18 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri ilə bağlı hazırlıq işləri görülür və sentyabrda bu səfərin baş tutması dövlət başçısının qərarından asılıdır.
İran Prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri gözlənilir

Azərbaycan, Bakı, 2 sentyabr /Trend. müxbir T.Cəfərov/

İran Prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri ilə bağlı hazırlıq işləri görülür və sentyabrda bu səfərin baş tutması dövlət başçısının qərarından asılıdır. Bunu İranın xarici işlər naziri Məhəmmməd Cavad Zərif deyib. Trend-in məlumatına görə, bu barədə "Tasnimnews" xəbər agentliyi məlumat verir.

Ruhani BMT Baş Məclisinin növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək.
İranın sabiq Prezidenti Mahmud Əhmədinejad prezidentlik dövründə BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən bütün iclaslarında iştirak etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti