...

İranın xarici işlər naziri bu gün Amerikaya səfər edəcək

Dünya xəbərləri Materials 17 Sentyabr 2013 10:25 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bü gün axşam Nyu-Yorka gedəcək.
İranın xarici işlər naziri bu gün Amerikaya səfər edəcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bü gün axşam Nyu-Yorka gedəcək. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, Zərif Nyu-Yorka səfəri zamanı BMT Baş Məclisinin növbəti sessiyasında iştirak etməklə yanaşı həm də Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton və nüvə müzakirələrində iştirak edən "5+1" ölkələrinin (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri ilə müzakirələr aparacaq.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin də sentyabrın sonlarında Nyu-Yorka səfəri gözlənilir. O, BMT Baş Məclisinin iclasında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti