Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
ABŞ Prezidenti Barak Obamanın Konqresdəki fraksiyaların liderləri ilə ABŞ büdcəsinə dair görüşü nəticəsiz başa çatıb. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə jurnalistlərə Nümayəndələr Palatasının spikeri, respublikaçı Con Beyner bildirib.
Onun sözlərinə görə, "yaxşı, nəzakətli söhbət" aparılıb, lakin Obama dövlət borcunun limitinin artırılması və qarşıdakı büdcəsi barədə danışıqlar aparmaqdan imtina edib. Senatda demokrat çoxluğun lideri Harri Rid bildirib ki, əsas fikir ayrılığı səhiyyə islahatı haqqında məsələ olub.
Öz növbəsində, Beyner Obama ilə Konqres arasında kompromis əldə etmək üçün "ciddi diskussiya" keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Oktyabrın 1-dən ABŞ-da federal müəssisələrinin bir hissəsi büdcə üzrə kompromis olmadığına görə fəaliyyət göstərmir. Prezident Obama və onun demokrat partiyası bəyan edirlər ki, islahat haqqında qanun üç il bundan əvvəl qəbul olunub və onun fəaliyyəti müzakirə predmeti ola bilməz.