...

TV: Kiyevdə milis Avropaya inteqrasiya tərəfdarlarının mitinqini dağıdıb

Dünya xəbərləri Materials 30 Noyabr 2013 09:52 (UTC +04:00)
Milis Ukraynanın paytaxtı Kiyevin Müstəqillik Meydanında Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi mitinqin iştirakçılarını qovub.
TV: Kiyevdə milis Avropaya inteqrasiya tərəfdarlarının mitinqini dağıdıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Milis Ukraynanın paytaxtı Kiyevin Müstəqillik Meydanında Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi mitinqin iştirakçılarını dağıdıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti ölkənin "5-ci kanal" telekanalına istinadən xəbər yayıb.

DİN-in "Berkut" xüsusi təyinatlılar bölməsinin nümayəndələri meydanda bir neçə yüz adamın qaldığı vaxt, yerli vaxtda səhər saat 4.00-a yaxın meydanı boşaltmağa başlayıblar.

Telekanal deputat Andrey Şevçenkoya istinadən xəbər verir ki, mitinq dağıdılarkən onlarla adam xəsarət alıb, təxminən eyni sayda insan saxlanılıb. Mitinq iştirakçılarının 30 nəfərindən çoxu Şevçenko rayon milis bölməsinə aparılıb.

Hazırda meydan milislər tərəfindən mühasirəyə alınıb, kommunal xidmət əməkdaşları ərazini təmizləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti