...

Ukrayna DİN Daxili qoşunlarının komandanlığı vətəndaşlardan hüquqazidd hərəkətlərini dayandırmağı xahiş edib

Dünya xəbərləri Materials 1 Dekabr 2013 21:43 (UTC +04:00)
Ukrayna Daxili İşlər Nazirliyinin Daxili qoşunların komandanlığı aksiya iştirakçılarından Kiyevdə hüquqazidd hərəkətlərini dayandırmağı xahiş edib.
Ukrayna DİN Daxili qoşunlarının komandanlığı vətəndaşlardan hüquqazidd hərəkətlərini dayandırmağı xahiş edib

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Ukrayna Daxili İşlər Nazirliyinin Daxili qoşunların komandanlığı aksiya iştirakçılarından Kiyevdə hüquqazidd hərəkətlərini dayandırmağı xahiş edib. Trend UKRİNFORM agentliyinə istinadən, bu barədə Daxili qoşunların mətbuat xidməti məlumat verib.

"Ukrayna DİN Daxili qoşunlarının komandanlığı və şəxsi heyəti fitnəkar çağırışlara uymamaq, ictimai asayişi pozmamaq, hüquqazidd hərəkətlərə dərhal son qoymaq və insanların kütləvi toplaşdıqları yerləri tərk etmək barədə vətəndaşlara təkidlə müraciət edib", - mətbuat xidmətindən bildirilib.

Agentliyin məlumatına görə, Prezident Administrasiyasının binası qarşısında ictimai asayişin təmin olunması üçün Şimal ərazi komandanlığının hərbçiləri cəlb olunub. Hazırda orada toqquşmalar davam edir.

Kiyevin mərkəzində bazar günü iğtişaşlar zamanı 100-ə yaxın hüquq mühafizə orqanlarının əməkdaşları yaralanıb, bu barədə RİA Novosti məlumat verir.

"Dörd saat ərzində təxminən 100 nəfər xəsarət alıb. Onların bir qismi xəstəxanaya yerləşdirilib", - mətbuat xidmətindən deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti