...

Çexiya XİN-i Fələstindən səfirlikdə silahın mövcudluğunu izah etməsini tələb edir

Dünya xəbərləri Materials 6 Yanvar 2014 22:50 (UTC +04:00)
Çexiya Xarici İşlər Nazirliyi (XİN) Fələstindən həmin ölkənin Praqadakı diplomatik kompleksində qeyri-leqal silahların aşkar edilməsi faktını "aydın və birmənalı" şəkildə izah etməsini tələb edir.
Çexiya XİN-i Fələstindən  səfirlikdə silahın mövcudluğunu izah etməsini tələb edir

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Çexiya Xarici İşlər Nazirliyi (XİN) Fələstindən həmin ölkənin Praqadakı diplomatik kompleksində qeyri-leqal silahların aşkar edilməsi faktını "aydın və birmənalı" şəkildə izah etməsini tələb edir. Trend RBK-ya istinadən bu barədə məlumat verir.

Çexiya səfirlikdə qeydiyyatsız silahın olmasını "diplomatik əlaqələr haqqında Vyana konvensiyasının ciddi şəkildə pozulması" kimi qiymətləndirir. Bu barədə Çexiya XİN-in bu gün açıqlanan bəyanatında deyilir.

Praqada yanvarın birində Fələstin nümayəndəliyinin binasında səfir Camal əl-Camalın ölümü ilə nəticələnən baş verən partlayışdan sonra, polis tərəfindən binada 12 ədəd qeydiyyatsız atıcı silah tapılıb.

Fələstinin xarici işlər nazirinin müavini Taysir Caradat bildirib ki, bu silah qanuni şəkildə soyuq müharibə dövründən səfirlikdə saxlanılıb.

Çexiya polisi Fələstin səfirliyində partlayışın səbəbini hələlik müəyyən edə bilməyib, lakin ehtimal edir ki, səfir qoruyucu partlayıcı mexanizmi ilə təchiz olunan seyflə ehtiyatsız davranma nəticəsində həlak olub.

Xəbər lenti

Xəbər lenti