...

İran MAQATE-nin ölkədə ofisinin açılması barədə məlumatı təkzib edir

Dünya xəbərləri Materials 12 Yanvar 2014 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir F.Kərimov/

İranın atom enerjisi təşkilatının nümayəndəsi Bəhruz Kamalvandi MAQATE-nin İranda ofis açacağı barədə yayılan məlumatı təkzib edib. Trend Mehr informasiya agentliyinə istinadən bazar günü məlumat verir.

"Bu məsələ danışıqlar zamanı müzakirə edilməyib. Hələ aydın deyil, bu cür məlumatlar haradan götürülüb", - Kamalvandi deyib.

Məlumat Reuters informasiya agentliyi tərəfindən yayılıb.

Əgər MAQATE-nin ölkədə ofisi olsa idi, İranla əməkdaşlıq etmək daha asan olardı, Reuters diplomatlardan sitat gətirib.

Xəbər lenti

Xəbər lenti