...

Kiyevdə toqquşmalarda bir nəfər həlak olub

Dünya xəbərləri Materials 22 Yanvar 2014 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Kiyevin Qruşevski küçəsində etirazçılarla asayiş keşikçiləri arasında baş verən toqquşmada etirazçılardan biri güllələnib. Trend-in məlumatına görə, bu barədə UNİAN agentliyi "BBC Ukrayna"ya istinadən xəbər verib.

"BBC Ukrayna" müxbirinin sözlərinə görə, paytaxtdakı Müstəqillik meydanının tibb xidmətinin rəhbərlərindən biri Qruşevski küçəsində toqquşmalarda iştirakçılardan birinin həlak olduğunu təsdiqləyib.

Gənc dörd güllə yarası alıb. Hadisə təxminən səhər saat altıda qeydə alınıb.

Yerli vaxtla səhər saat 7:30-a yaxın BBC xəbər verib ki, "fəalların və tibb işçilərinin sözlərinə görə, bədənində dörd güllə yarası olan etirazçının olduğu tibb məntəqəsinə milis və məhkəmə-tibbi ekspert gəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti