...

FMX rəhbəri: Yarım milyondan çox əcnəbi qanun pozucusu Rusiyaya gələ bilmir

Dünya xəbərləri Materials 22 Yanvar 2014 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

2013-cü ildən Rusiya qanunlarını pozmuş 500 mindən artıq əcnəbi vətəndaşa ölkəyə giriş qadağan edilib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovskiyə istinadən xəbər verib.

Romodanovski çərşənbə günü FMX-nin Moskva üzrə idarəsində kollegiya iclası zamanı deyib: "Sərhədlər təxminən 530 min əcnəbi vətəndaş üçün bağlıdır. Bunun 20 faizi Moskva idarəsinin işinin nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti