...

XİN rəhbəri: Tehran Avropanın bütün ölkələri ilə ticarət aparmağa hazırdır

Dünya xəbərləri Materials 23 Fevral 2014 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir R.Zamanov/

Tehran bütün Avropa ölkələri ilə ticarət-iqtisadi münasibətləri dəstəkləməyə hazırdır. Bu barədə Trend İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə istinadən bazar günü məlumat verir.

Onun sözlərinə görə, İran biznes üçün açıqdır və ticarət üçün ölkə daxilində təhlükəsiz şərait yaradıb.

Terrorizm mövzusuna toxunarkən, İranın XİN rəhbəri bildirib ki, ekstremizm qlobal problemlərdən biri olub.

"Təəssüf ki, ekstremizm sərhəd tanımır", - Zərif bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti