...

Türkiyə XİN rəhbəri Ukraynaya səfər edəcək

Dünya xəbərləri Materials 28 Fevral 2014 23:13 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ukraynaya işgüzar səfərə gedib, səfər çərçivəsində Krımda yeni Ukrayna hakimiyyəti və tatar diasporunun nümayəndələri ilə görüşəcək.
Türkiyə XİN rəhbəri Ukraynaya səfər edəcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ukraynaya işgüzar səfərə gedib, səfər çərçivəsində Krımda yeni Ukrayna hakimiyyəti və tatar diasporunun nümayəndələri ilə görüşəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

"Türkiyənin XİN rəhbəri 28 fevral - 1 mart tarixlərində Ukraynaya işgüzar səfər edəcək. Planlaşdırılır ki, o, Ukraynanın Xarici İşlər nazirini əvəz edən Andrey Deşitse, Ukrayna prezidentinin vəzifəsini icra edən Aleksandr Turçinov və baş nazir Arseni Yatsenyukla görüşəcək", - sənəddə deyilir.

Bundan əlavə, səfər çərçivəsində Əhməd Davudoğlu krımtatar xalq məclisinin sabiq sədri, Ukrayna parlamentinin üzvü Mustafa Əbdülcəmil Kırımoğlu ilə görüş keçirəcək.

Türkiyə xarici siyasət idarəsi qeyd edir ki, Davudoğlunun planlarına Ukrayna hökumətinə daxil olmayan müxtəlif siyasi partiyaların nümayəndələri ilə danışıqlar aparmaq da daxildir.

Xəbər lenti

Xəbər lenti