Azərbaycan, Bakı, 16 mart /Trend/
Məhkəmə Xarkovda kütləvi iğtişaşlar zamanı iki nəfərin ölümü ilə əlaqədar təqsirləndirilən 27 iştirakçıdan 25 nəfəri həbs edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ukrayna DİN mətbuat xidməti bazar günü məlumat verir.
Martın 15-də Rımar küçəsində baş vermiş dava zamanı iki nəfər həlak olub, beş nəfər, o cümlədən bir polis əməkdaşı yaralanıb.
"Xarkov şəhərinin rayon məhkəməsi 25 nəfərin inzibati həbsi barədə qərar çıxarıb. Onlar müvəqqəti saxlanma təcridxanasında saxlanılacaqlar.
Daha iki nəfər barəsində materialların baxılması təxirə salınıb", - məlumatda deyilir.