Azərbaycan, Bakı, 19 mart /Trend/
Simferopolda hərbi hissənin yaxınlığında baş vermiş atışma nəticəsində 2 nəfər - "Krımın özünümüdafiə dəstəsi"nin döyüşçüsü və Ukrayna hərbi hissəsinin hərbçisi həlak olub, ikisi isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə UNİAN Krım milisinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
İlkin məlumatlara görə, atəş eyni yerdən iki istiqamətdə açılıb. Naməlum şəxslər hərbi hissənin bilavasitə yaxınlığında yarımçıq tikilinin pəncərəsindən atəş açıblar.
Məlumata görə, Krım MR-də yerləşdirilmiş Ukrayna SQ-nin hərbi qulluqçusunun ölümü ilə bağlı silah tətbiqinə icazə verilib.
Qeyd edək ki, martın 18-də Rusiya və Ukraynanın Krım regionu Krımın və Sevastopol şəhərinin RF-nin tərkibinə keçməsi haqqında saziş imzalayıblar.