...

"Barselona" FIFA-nın yeni oyunçuların qeydiyyatına qoyduğu qadağa ilə bağlı apelyasiya şikayəti verir

Dünya xəbərləri Materials 15 Aprel 2014 15:11 (UTC +04:00)
İspaniyanın "Barselona" futbol klubu Lozannadakı İdman Arbitraj Məhkəməsinə (İAM) şikayət etmək niyyətindədir.
"Barselona" FIFA-nın yeni oyunçuların qeydiyyatına qoyduğu qadağa ilə bağlı apelyasiya şikayəti verir

Azərbaycan, Bakı, 15 aprel /Trend/

İspaniyanın "Barselona" futbol klubu Lozannadakı İdman Arbitraj Məhkəməsinə (İAM) şikayət etmək niyyətindədir. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yerli KİV-ə istinadən yayıb.

Katalonların şikayəti Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) komandaya yeni futbolçuların qeydiyyatına qoyduğu qadağa ilə bağlıdır.

FIFA "Barselona"ya iki transfer pəncərəsi dövründə yeni oyunçuların qeydiyyatını qadağan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti