Azərbaycan, Bakı, 2 may /Trend/
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində etirazçılar blok-postlardan biri üzərində Ukrayna HHQ-nin üçüncü helikopterini vurublar. Trend-in məlumatına görə, bu barədə cümə günü İTAR-TASS "Rossiya 24" telekanalına istinadən xəbər yayıb.
Telekanal məlumat verib: "Mi-24 havada partladı, ekipajın taleyi naməlumdur".
Bundan əvvəl etirazçıların Ukrayna HHQ-nin iki helikopterini vurub saldıqları xəbər verilmişdi.