...

Nigeriyada yaraqlıların hücumu nəticəsində 30 dinc sakin ölüb

Dünya xəbərləri Materials 21 May 2014 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

Çərşənbə günü Nigeriyanın şimal-şərqindəki kəndə yaraqlıların hücumu zamanı ən azı 30 dinc sakin öldürülüb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Afrika KİV-nə istinadən xəbər yayıb.

Bu kənd apreldə "Boko haram" ekstremist qruplaşmasının 200-dən artıq məktəblini oğurladıqları Çibok yaşayış məntəqəsinin yaxınlığında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti