Azərbaycan, Bakı, 26 may / Trend /
Misirdə bazar ertəsi prezident seçkiləri başlayır. Səsvermə iki gün ərzində davam edəcək. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.
Misirdə təxminən 80 milyon nəfər əhalidən, 54 milyon nəfəri seçki hüququna malikdir.
Ölkədə ən yüksək vəzifə uğrunda iki namizəd mübarizə aparır: Misir siyasətinin veteranı Hamdin Sabahi və sabiq müdafiə naziri Əbdül Fəttah əs-Sisi.
Seçkilərin nəticələri iyunun 5-dən gec olmayaraq açıqlanmalıdır.