...

İsveç Fələstin dövlətini tanıyıb

Dünya xəbərləri Materials 30 Oktyabr 2014 12:36 (UTC +04:00)
İsveçin xarici işlər naziri Marqot Valstrom İsveç hökumətinin Fələstin dövlətini tanıdığını bəyan edib.
İsveç Fələstin dövlətini tanıyıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

İsveçin xarici işlər naziri Marqot Valstrom İsveç hökumətinin Fələstin dövlətini tanıdığını bəyan edib. Trend xəbər verir ki, bu barədə RİA Novosti Frans Press agentliyinə istinadən xəbər yayıb.

Valstrom bəyan edib: "Bu gün hökumət Fələstin dövlətini tanımaq barədə qərar qəbul edib. Bu, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu təsdiqləyən mühüm addımdır".

Bir müddət əvvəl ölkənin Baş naziri Stefan Löven İsveçin Fələstini suveren dövlət kimi tanıyacağını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti