Gürcüstan, Tbilisi, 5 noyabr /Trend, müxbir N.Kirtsxalia/
Gürcüstanın baş naziri "Azad demokratları" hakim koalisiyanın siyasi şurasının geniş iclasında tam heyətlə iştirak etməyə çağırıb. Bu barədə Trend məlumat verir.
Qaribaşvilinin sözlərinə görə, siyasi şuranın iclası bu gün keçiriləcək və orada hər bir siyasi şura üzvünün, o cümlədən İrakli Alasaniyanın iştirak etmək hüququ var.
"Çərşənbə günü biz koalisiyanın siyasi şurasının toplantısı keçirəcəyik. Alasaniyanın və onun partiyasının siyasi şuranın üzvü kimi iclasda iştirak etməyə tam hüququ vardır. Siyasi şuranın geniş tərkibdə çağırmaq niyyətində olduğumu qeyd edirəm və istəyirəm ki, "Azad demokratlar" bu iclasda tam tərkibdə iştirak etsinlər", - Qaribaşvili deyib.
Hakim koalisiyanın iclasında "Azad demokratlar"ın lideri olan, müdafiə naziri İrakli Alasaniyanın işdən azad edilməsi məsələsi müzakirə olunacaq. Ola bilsin ki, partiya koalisiya sıralarını tərk edəcək.
Partiyanın qurultayı noyabrın 8-də keçiriləcək.