Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Ferqyusonda qətlə yetirilmiş Maykl Braunun işi üzrə məhkəmənin qərarına qarşı Vaşinqtondakı dinc etiraz aksiyası yürüşə çevrildi. Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.
Yüzlərlə etirazçılar "əllər yuxarı - atma", "ədalət yox, əmin-amanlıq yox " şüarlarını səsləndirərək, Massaçusets avenyu ilə Kapitoliyə doğru gedərək sonra başqa tərəfə döndülər. Avenyu üzrə avtomobillərin hərəkəti əvvəlcədən polis tərəfindən bağlanıb. Yürüş istiqamətində olan mağazalar isə bağlanmayıblar.
Etirazçıları ona yaxın hüquq - mühafizə orqanlarının əməkdaşları müşayiət ediblər. Polis hələlik əlavə qüvvələr cəlb etməyib.
Mount Vernon meydanından başlayan yürüşdə, təxminən min nəfər iştirak edib.