...

ABŞ-da iranlı aktyorların iştirakı ilə tamaşa səhnələşdiriləcək

Dünya xəbərləri Materials 23 Dekabr 2014 10:38 (UTC +04:00)
ABŞ-da iranlı rejissor Bəhram Beyzayenin quruluş verdiyi "Ardavirofun məruzəsi" tamaşası səhnələşdiriləcək.
ABŞ-da iranlı aktyorların iştirakı ilə tamaşa səhnələşdiriləcək

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

ABŞ-da iranlı rejissor Bəhram Beyzayenin quruluş verdiyi "Ardavirofun məruzəsi" tamaşası səhnələşdiriləcək. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Məlumata əsasən, yanvarın 24-25-də Stanford Universitetində səhnələşdiriləcək tamaşada İrandan 17 aktyor iştirak edəcək.

Tamaşanın ssenarisi Sasanilər dövrünə aid "Ardavirofnamə" əsəri əsasında rejissor Bəhram Beyzaye tərəfindən yazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti