...

Ankarada Qətər səfirliyinə silahlı hücum olub

Dünya xəbərləri Materials 30 Dekabr 2014 10:20 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada Qətər səfirliyinə silahlı hücum edilib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "Hurriyyət" qəzetinə istinadən xəbər verir.
Ankarada Qətər səfirliyinə silahlı hücum olub

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin paytaxtı Ankarada Qətər səfirliyinə silahlı hücum edilib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin "Hurriyyət" qəzetinə istinadən xəbər verir.

Naməlum şəxsin silahlı hücumu nəticəsində diplomatik missiyanın Türkiyə vətəndaşı olan bir əməkdaşı yaralanıb. Hücumun başqa detalları barədə məlumat verilmir.

Polis artıq hücum edənin şəxsiyyətini müəyyənləşdirib və hazırda o, axtarılır.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti