...

Ermənistanın beynəlxalq ehtiyatları xeyli azalıb

Dünya xəbərləri Materials 30 Dekabr 2014 13:37 (UTC +04:00)
Ötən ilin noyabr ayı ilə müqayisədə Ermənistanın beynəlxalq ehtiyatları təqribən 25 faiz azalaraq 2,2 milyard dollardan 1,5 milyard dollara enib.
Ermənistanın beynəlxalq ehtiyatları xeyli azalıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Ötən ilin noyabr ayı ilə müqayisədə Ermənistanın beynəlxalq ehtiyatları təqribən 25 faiz azalaraq 2,2 milyard dollardan 1,5 milyard dollara enib.

Trend-in "Armenian Report"a istinadən verdiyi məlumata görə, iqtisadçı Vaaqn Xaçatryan deyib ki, bu, 2009-cu ildən bəri ən aşağı göstəricidir: "Bu, Ermənistanın nüfuzuna ciddi zərbədir".

Onun sözlərinə əsasən, bu, yekunda ölkənin borcunu ödəyə bilməməsinə gətirib çıxaracaq: "Ermənistanda maliyyə fəaliyyəti göstərən beynəlxalq təşkilatlar və ya ölkələr maliyyəni dayandıracaq. Məsələn, cari il 280 milyon və daha böyük həcmdə kreditlərin verilməsi planlaşdırılır. Həmin kreditlər məhdudlaşdırılacaq və ya olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti