...

İordaniyalı pilot diri-diri yandırıldı

Dünya xəbərləri Materials 4 Fevral 2015 07:04 (UTC +04:00)
Üzərində ABŞ-ın Quantanamodakı məhbuslara geyindirdiyi narıncı paltarların analoqundan geyindirilən Kesasibe, daha sonra dəmir bir qəfəsin içinə qoyularaq diri-diri yandırıldı
İordaniyalı pilot diri-diri yandırıldı

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Trend Hürriyet saytına istinadən məlumat verir ki, "İslam Dövləti" (İD) dekabr ayında Suriyanın Rakka şəhərində təyyarəni endirdikdən sonra əsir aldığı İordaniyalı pilot Həzrəti el-Kesasibeyi dəmir barmaqlığın içində diri-diri yandırdığı videonu dünən yayıb.

22 dəqiqəlik videoda əvvəl Kesasibe, ID-nə yönəlik olaraq ABŞ rəhbərliyindəki çoxmillətli koalisiyanın hava zərbələrinə Körfəz ölkələrinin verdiyi dəstəyə dair danışdı.

Üzərində ABŞ-ın Quantanamodakı məhbuslara geyindirdiyi narıncı paltarların analoqundan geyindirilən Kesasibe, daha sonra dəmir bir qəfəsin içinə qoyularaq diri-diri yandırıldı.

Xəbər lenti

Xəbər lenti