Azərbaycan, Bakı, 6 mart /Trend/
Rusiya Prezidenti Vladimir Putin öz maaşını və Baş nazir Dmitri Medvedevin təminat haqqını 10 faiz azaldıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V. Putinin imzaladığı fərmana əsasən, maaşlar martın 1-dən dekabrın 31-dək azaldılacaq.
Bundan başqa Rusiya Baş prokuroru və İstinaq Komitəsi rəhbərinin mükafatları, aylıq pul mükafatları və rüblük pul mükafatları 10 faiz azalma ilə veriləcək.