Azərbaycan, Bakı, 7 mart /Trend/
Boris Nemtsovun qətli ilə bağlı şübhəli şəxs qismində saxlanılan Zaur Dadayev Çeçenistanın "Sever" batalyonunda xidmət aparıb.
Trend İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Albert Baraxoyevin sözlərinə istinadan məlumat verir ki, ikinci şübhəli şəxs, Anzor Qubaşev Podmoskovyeda yerləşən supermarketlərin birində qarovulçu işləyib.
Qeyd edək ki, artıq qətldə şübhəli bilinən iki nəfər saxlanılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, saxlanılanlar Zaur Dadayev və Anzor Qubaşevdir.
Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir.
Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.