...

Nemtsovun qətlində təqsirləndirilən şəxs cinayətini etiraf edib (FOTO)

Dünya xəbərləri Materials 8 Mart 2015 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend/

Boris Nemtsovun qətli haqqında iş üzrə ittiham edilən Zaur Dadayev məhkəmədə cinayətini etiraf edib.

Trend-in RİA Novosi agentliyinə istinadən verdiyi məlumata görə, bunu hakim bildirib.

"Dadayevin təqsirliyi onun etiraf ifadələri ilə təsdiq edilir", - hakim bildirib.

Həbsin müddəti aprelin 28-nə qədər təyin edilib.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti