...

ABŞ-da 100 yaşlı kişi arvadını balta ilə doğrayıb, sonra intihar edib

Dünya xəbərləri Materials 7 Aprel 2015 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

ABŞ-da 100 yaşlı kişi 88 yaşlı arvadını balta ilə doğrayıb, daha sonra isə intihar edib. Trend-in NBC News-a istinadən verdiyi məlumata görə, hadisə Nyu-Cersi ştatının Elmvud Park şəhərində baş verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qadının meyitini yataq otağında, kişinin meyitini isə hamamda aşkarlayıblar. Polislərin ehtimalına görə, 100 yaşlı Maykl Caskin ((Michael Juskin) 88 yaşlı Rozaliya Caskini (Rosalia Juskin) yatarkən baltalayıb, daha sonra isə bıçağı götürərək, özünə bir neçə zərbə endirib.

Polisi mərhum cütlüyün qohumu çağırıb, onun adı isə açıqlanmır.

Bildirilir ki, hadisə baş verən zaman evdə ər-arvaddan başqa heç kim olmayıb. İnsidentin motivləri məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti