...

Ərdoğan: ASALA Çanaqqala zəfərinə dəvət alan ölkələri təhdid edir

Dünya xəbərləri Materials 9 Aprel 2015 09:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

ASALA erməni terror təşkilatı Çanaqqala zəfərində iştirak etmək üçün dəvət alan ölkələri təhdid edir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illiyini şərh edərkən bildirib. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Ərdoğanın sözlərinə görə, ASALA terror təşkilatının arxasında kimlərin dayandığı gec-tez ortaya çıxacaq.

Türkiyə prezidenti onu da qeyd edib ki, bu il aprelin 23-də Ankara dünyaya bir daha sülh mesajı verəcək. Aprelin 24-də isə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd ediləcək və böyük bir yürüş təşkil ediləcək.

Məlumat üçün qeyd edək ki, bu il aprelin 24-də Türkiyədə keçiriləcək Çanaqqala zəfərinin 100-cü ildönümünə 50-dən çox dövlət rəsmisi dəvət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti