Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/
İstanbulda metro xəttinin tikintisi zamanı güclü partlayış baş verib. Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, partlayışa səbəb təbii qaz sızması olub.
Hazırda yaxınlıqdakı evlərin sakinləri hadisə yerindən təxliyə edilir.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib. Partlayış nəticəsində xəsarət alan olmayıb.