...

Yapon alimi donuz bədənində insan orqanları yetişdirəcək

Dünya xəbərləri Materials 25 İyun 2015 11:53 (UTC +04:00)
Stenford və Tokio universitetlərinin professoru Hiromisu Nakauti başçılığı altında bir qrup alim avqustda induksiya olunmuş pluripotent kök hüceyrələr (iPs-hüceyrələr) vasitəsilə donuz bədənində insan orqanlarının yetişdirilməsi üzrə təcrübəyə başlamağı planlaşdırır. Trend TASS agentliyinə istinadən xəbər verir.
Yapon alimi donuz bədənində insan orqanları yetişdirəcək

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Stenford və Tokio universitetlərinin professoru Hiromisu Nakautinin başçılığı altında bir qrup alim avqustda induksiya olunmuş pluripotent kök hüceyrələr (iPs-hüceyrələr) vasitəsilə donuz bədənində insan orqanlarının yetişdirilməsi üzrə təcrübəyə başlamağı planlaşdırır. Trend bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Təcrübə uğurla həyata keçirilsə, bu texnologiyanın regenerativ tibdə real tətbiqi artıq 5-10 il sonra mümkün olacaq.

Təcrübə zamanı alimlər donuzun mayalanmış yumurta hüceyrəsini elə dəyişəcəklər ki, gələcəkdə heyvanın mədəaltı vəzi olmasın. Bundan sonra yetkin qadının yumurtalığına məməlinin ilkin inkişaf mərhələsində olan embrionu daxil ediləcək. Bu zaman insanın çatışmayan iPs-hüceyrələrinin struktur elementləri dəyişdiriləcək. Tədqiqatçılar hesab edir ki, bu hüceyrələr donuz orqanizminə uyğunlaşacaq, bu da mədəaltı vəzin inkişafına gətirib çıxaracaq.

Təcrübə zamanı, xüsusilə insan qaraciyərinin yaradılmasına cəhdlər ediləcək. Bu da xərçəng xəstəliyinin yeni üsulla müalicə edilməsinə imkan yaradacaq. Alimlər yetişdirilmiş orqanlarda yeni dərman preparatlarını da sınaqdan çıxarmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti