Azərbaycan, Bakı, 27 iyun /Trend/
Ermənistan polisi Yerevandakı etiraz aksiyası iştirakçılarına xəbərdarlıq edib ki, onlar yalnız Baqramyan prospektini bağlaya bilərlər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan polisinin rəisi Vladimir Qasparyan deyib.
Onun sözlərinə görə, əks təqdirdə polis onlara qarşı sərt tədbirlər görəcək.