Azərbaycan, Bakı, 6 iyun /Trend/
Ərəb koalisiyasının Yəmənin cənubuna endirdiyi hava zərbələri nəticəsində ən azı 45 dinc sakin ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hava hucumu 50-dən artıq insanın yaralanmasına da səbəb olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya martın 26-dan Yəmənə havadan zərbələr endirir. Hərbi əməliyyatın məqsədi Yəməndəki husiləri (şiələr) hakimiyyəti Abd Rabbo Mansur Hadiyə qaytarmağa məcbur etməkdir.