...

Çində meqaşəhər inşa ediləcək

Dünya xəbərləri Materials 21 İyul 2015 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Çində meqaşəhər - əhalisinin sayı 130 milyon nəfərdən çox olacaq şəhərlər aqlomerasiyasının salınması planlaşdırılır. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "New York Times" xəbər verir.

Adı "Cin-Sin-Ci" olacaq ərazinin sahəsi 132 min kvadrat kilometr təşkil edəcək. Belə qeyri-adi ad aqlomerasiyanın ən böyük yaşayış məskənlərinin - Pekin, Tyansin və Hebeyin toponimlərinin bir hissəsidir.

Aqlomerasiya şəhərlərinin hər birinin öz rolu olacaq: Pekin texnologiya və mədəniyyətə, Tyansin texnoloji araşdırmalara "cavabdeh olacaq". Hebeyin rolu isə hələ müəyyənləşdirilməyib.

Çin Xalq Respublikasının sədri Si Cinpin bu ambisiyalı planı təqdir edib.

Layihənin reallaşdırılması üçün çox zaman tələb olunur. Əsas problem nəqliyyat məsələsi, məktəb və xəstəxanaların sayının az olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti