...

Türkiyənin turizmdən gəliri kəskin azalıb

Dünya xəbərləri Materials 31 İyul 2015 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

2015-ci ilin II rübündə Türkiyənin turizmdən gəliri ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb. Trend bu barədə Türkiyə Statistika İnstitutunun məlumatına istinadən xəbər verir.

Cari ilin II rübündə Türkiyənin turizmdən gəliri 13,8 faiz azalaraq 7,733 milyard dollar təşkil edib.

Məlumatda qeyd edilir ki, Türkiyədə 2015-ci ilin II rübündə ümumi turizm gəlirinin 5,95 milyard dolları əcnəbi turistlərin, 1,7 milyard dolları isə xaricdə yaşayan ölkə vətəndaşlarının payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti