...

İranda iki nəfər casusluğa görə 10 il azadlıqdan məhrum edilib

Dünya xəbərləri Materials 30 Avqust 2015 20:35 (UTC +04:00)
İranda iki nəfər ABŞ-ın və İzrailin xeyrinə casusluq etdiklərinə görə 10 il həbs cəzası alıblar.
İranda iki nəfər casusluğa görə 10 il azadlıqdan məhrum edilib

Azərbaycan, Bakı, 30 avqust /Trend/

İranda iki nəfər ABŞ-ın və İzrailin xeyrinə casusluq etdiklərinə görə 10 il həbs cəzası alıblar. Bunu İran Ali Məhkəməsinin mətbuat katibi Qulam Hüseyn Mohseni-Ejehei mətbuat konfransında deyib.

Mohseni-Ejehei həbs olunanların adlarını çəkmir. Amma ehtimal var ki, onlardan biri "Washington Post"-un jurnalisti Ceyson Rezayandı.

İran KİV-ləri xəbər verirlər ki həbs olunanlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) məlumat ötürməkdə ittiham edilirlər.

Rezayan 2014-cü ildə, yoldaşı Yeganə Salehi ilə birgə həbs olunub.

Xəbər lenti

Xəbər lenti