...

İranda 121 min narkotik qaçaqmalçısı həbs olunub

Dünya xəbərləri Materials 29 Sentyabr 2015 11:53 (UTC +04:00)
Cari ilin ilk altı ayında (İranda il martın 20-də dəyişir) ölkədə 121 min narkotik qaçaqmalçısı həbs olunub.
İranda 121 min narkotik qaçaqmalçısı həbs olunub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Cari ilin ilk altı ayında (İranda il martın 20-də dəyişir) ölkədə 121 min narkotik qaçaqmalçısı həbs olunub. Bunu İranın narkotiklərlə mübarizə polisinin rəisi general Əli Müəyyidi deyib.

Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.

Ə.Müəyyidi deyib ki, cari ilin ilk altı ayında 1300 narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə dağıdılıb, 20 silahlı qaçaqçı öldürülüb.

Ə.Müəyyidi əlavə edib ki, bu müddət ərzində narkotik qaçaqmalçılar və İran polisi arasında 1000 dəfə silahlı qarşıdurma baş verib: "Cari ilin ilk altı ayından 300 ton narkotik maddə müsadirə olunub ki, bu ötən illə müqayisədə 20 faiz çoxdur."

Ə.Müəyyidi bildirib ki, bu müddət ərzində qeyri-qanuni narkotik istehsal edən 100 sex bağlanılıb: "İranın Əfqanıstanla sərhədləri möhkəmlənəndən sonra narkotik qaçaqmalçıları ölkəyə narkotik idxalı üçün Pakistan sərhədi və azad sulardan istifadə edir. İran polisi şərq və cənub-şərq sərhədlərinə tam nəzarət edir."

Ə.Müəyyidi həmçinin qeyd edib ki, İranın narkotiklərlə mübarizə polisi 50 ölkə ilə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti