...

Pakistan və Əfqanıstanda zəlzələ qurbanlarının sayı artır

Dünya xəbərləri Materials 26 Oktyabr 2015 15:50 (UTC +04:00)
Pakistanda episentri Əfqanıstanda olan zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Pakistan və Əfqanıstanda zəlzələ qurbanlarının sayı artır

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Pakistanda episentri Əfqanıstanda olan zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Əfqanıstanda zəlzələ qurbanlarının sayı isə 21 nəfərdir, təqribən 100 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün Əfqanıstanda 7,5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti