...

İranda hər il yarım milyon insan həbs olunur

Dünya xəbərləri Materials 4 Noyabr 2015 16:59 (UTC +04:00)
Hər il təqribən 500 min nəfər İran vətəndaşı müxtəlif cinayətlərə görə həbs olunur ki, onların 70 faizinin sabit iş yeri yoxdur və maliyyə problemləri var.
İranda hər il yarım milyon insan həbs olunur

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

Hər il təqribən 500 min nəfər İran vətəndaşı müxtəlif cinayətlərə görə həbs olunur ki, onların 70 faizinin sabit iş yeri yoxdur və maliyyə problemləri var.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın İslah müəssisələri və həbsxanalar üzrə təşkilatının rəhbəri Əli Əsğər Cahangir deyib.

O, qeyd edib ki, məhbusların çoxu savadsız və ali təhsili olmayan şəxslərdir: "Hər il məhkəmə sistemində 15 milyon cinayət işi açılır ki, bu cinayət işlərini araşdırmaq üçün lazımi sayda əməkdaş yoxdur".

Ə.Ə.Cahangir bildirib ki, ali lider Ayətullah Əli Xamneyinin göstərişi ilə ölkə zindanlarında məhbuslara peşə öyrədilir: "Hazırda ölkə zindanlarında 130 peşə öyrədilir ki, bu peşəni öyrənən və işləyən məhbusların 10-15 faizi gördükləri işə görə maaş alırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti