...

Mərakeş 6 ildən sonra İranla diplomatik əlaqələrini yenidən bərpa edir

Dünya xəbərləri Materials 6 Noyabr 2015 11:32 (UTC +04:00)
Mərakeş İranla 6 il öncə kəsilmiş diplomatik əlaqələrini yenidən bərpa edir. Bunu Mərakeşin xarici işlər naziri Səlahəddin Mizvar deyib.
Mərakeş 6 ildən sonra İranla diplomatik əlaqələrini yenidən bərpa edir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

Mərakeş İranla 6 il öncə kəsilmiş diplomatik əlaqələrini yenidən bərpa edir. Bunu Mərakeşin xarici işlər naziri Səlahəddin Mizvar deyib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi məlumat verib.

S.Mizvar deyib ki, tezliklə Mərakeş öz səfirini İrana göndərəcək.

Qeyd edək ki, 2008-ci ildə Mərakeş XİN-i bəyanat yayaraq İranın bu ölkədəki səfirliyini Mərakeş krallığına qarşı çevriliş etməkdə ittiham etmişdi və bu ölkənin səfirliyini bağlamışdı. Mərakeş həmçinin, İranı Bəhreyndəki hadisələrə görə tənqid etmişdi.

İran 2014-cü ildə Mərakeşlə münasibətlərini yaxşılaşdırmaq məqsədi ilə bu ölkədəki səfirliyinin fəaliyyətini bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti