...

Putin: Rusiya təyyarəsinin vurulması Türkiyə ilə əlaqələrə ciddi təsir edəcək

Dünya xəbərləri Materials 24 Noyabr 2015 17:19 (UTC +04:00)

Bakı. Trend:

"Suriyada Rusiya təyyarəsi ilə bağlı faciənin Moskva-Ankara münasibətləri üçün ciddi nəticələri olacaq".

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, "Su-24" ilə bağlı insidentdən sonra Türkiyə rəhbərliyi Rusiya ilə dərhal təmas yaratmaq əvəzinə, NATO ölkələrinə müraciət edib: "Sanki Rusiya onların təyyarəsini vurub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti