Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:48-də yayımlanıb)
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə hakimiyyəti KİV-ə İstanbulda baş vermiş partlayış barədə hər hansı məlumat verməyi qadağan edib. Bu barədə Trend "Habertürk" qəzetinə istinadən məlumat verir.
x x x
Türkiyə hakimiyyəti İstanbulda partlayış nəticəsində 10 nəfərin öldüyünü təsdiq edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir. Telekanalın məlumatına əsasən, partlayış nəticəsində 15 nəfər yaralanıb.
XXX
Türkiyənin "Haber7" qəzetinin məlumatına görə, partlayışa səbəb terror aktıdır. Məlumata görə, terrorçu-intiharçı xarici turistlərin yanında özünü partladıb.
XXX
Türkiyə mətbuatının məlumatına əsasən, partlayışda 10 nəfər həlak olub. Ölənlərin vətəndaşlığı hələ müəyyən edilməyib. Xəsarət alanlar arasında polislər də var.
XXX
İstanbulun mərkəzi meydanında partlayış baş verib.
Trend-in "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var.
Məlumata görə, partlayış turistlərin keçidi zamanı mərkəzi məscidin yaxınlığında baş verib.
XXX
Bəzi Türkiyə KİV-lərinin məlumatına görə, partlayışı terrorçu-intiharçı törədib, lakin insidentlə bağlı rəsmi bəyanat hələ yoxdur.